Belə ki, DÇ-2018-in seçmə mərhələsinin püşkatması üçün səbətlər məhz bu reytinqə əsasən müəyyənləşdiriləcək.Yeni siyahıda ciddi dəyişikliklər baş verib. Buna səbəb iyunun 4-də açıqlanan cədvəldən sonrakı 35 gün müddətində millilərin iştirakı ilə müxtəlif statuslu matçların baş tutmasıdır. AVRO-2016 və DÇ-2018-in seçmə oyunları, Amerika kuboku, həmçinin yoldaşlıq görüşləri siyahıda əksini tapıb.İyunun 7-də Serbiya ilə yoxlama matçında 1:4 hesabı ilə uduzub, ayın 12-də AVRO-2016-nın seçmə mərhələsinin Norveçlə görüşündə 1 xal qazanan Azərbaycan millisi irəliləyişə nail olub. Xal hesabı 302-yə yüksələn Robert Prosineçkinin yetirmələri mövqelərini 7 pillə yaxşılaşdırıblar. Hazırda komandamız dünyanın 108-cisi adına şərikdir.Millimiz Litva, Syerra-Leone, Bəhreyn, Namibiya, Botsvana, Sent-Vinsent və Qrenadin, Filippin, Madaqaskar, Keniya yığmalarını arxada qoyaraq, Malaviyə çatıb. İki komanda - Niger və Liviya isə daha böyük sıçrayışla millimizi də keçib.
Millimiz və "qonşuları"
104 (107). Kuba - 313
105 (100). Makedoniya - 311
105 (93). Qvatemala - 311
107 (104). Antiqua və Barbuda - 303
108 (115). AZƏRBAYCAN - 302
108 (95). Malavi - 302
110 (96). Litva - 301
111 (83). Syerra-Leone - 300
112 (119). Zimbabve - 290
113 (106). Bəhreyn - 282
Siyahıya nəzər salsaq, "onluq"da da böyük dəyişiklik var. Almaniyanı taxtdan salan Argentina 2 pillə irəliləyərək, zirvədə qərarlaşıb. Bu, Belçikanı da geriləməsinə səbəb olub. Uels 12, İngiltərə 6, Rumıniya 4 addımlıq sıçrayışla 10 ən yaxşı komanda sırasına daxil olub. İspaniya, Uruqvay və Fransa isə buradakı yerini itirib.
İlk "onluq"
1 (3). Argentina - 1473
2 (1). Almaniya - 1411
3 (2). Belçika - 1244
4 (4). Kolumbiya - 1217
5 (6). Hollandiya - 1204
6 (5). Braziliya - 1186
7 (7). Portuqaliya - 1177
8 (12). Rumıniya - 1166
9 (15). İngiltərə - 1157
10 (22). Uels - 1155
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibinin də mövqeyi dəyişib. Xorvatiya cədvəldə 4 pillə irəliləyibsə, İtaliya eyni qədər geriləməyə üzülüb. Norveç 3, Bolqarıstan 6, Malta isə 13 addım geri düşüb.
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu14 (18). Xorvatiya - 102317 (13). İtaliya - 1001
67 (64). Norveç - 495
68 (62). Bolqarıstan - 489
158 (145). Malta - 157
Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda hesabında olan 627 xalla 9 pillə irəliləyib. "Ay-ulduzlular" burada 48-ci yerə yüksəlib.
Mənbə: Milli.Az