Qadin.NET / Rostomyan: Məqsədimiz Bakıda himni səsləndirmək idi

Rostomyan: Məqsədimiz Bakıda himni səsləndirmək idi

 

Rostomyan: Məqsədimiz Bakıda himni səsləndirmək idi

Ermənistan Olimpiya Komitəsinin baş katibi Qraçya Rostomyan I Avropa Oyunları vaxtı Bakı təəssüratlarından danışıb.
ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, erməni baş katib onlara vəd olunanları əməldə gördüklərini etiraf edib. Bakıda əsas məqsədlərinin 3 medal qazanmaq olduqlarını bildirən Rostomyan, bir medalın yaxşı nəticə adlandırıb: 
"Bizim məqsədimiz Bakıda bayrağımızı ucaltmaq olub, lakin daxilən himnimizin səsləndirilməsini də arzulayırdıq, lakin alınmadı”, - o heyfsilənib.
Qraçya Rostomyan hətta Beynəlxalq Olimpiya Komitəsinin Avropa Oyunlarında iştirak etdiyi üçün Ermənistana təşəkkür etdiyini də deyib.“Heç kəsə Bakıya getmək xoş deyildi, lakin bu Oyunlar beynəlxalq qurumlarla razılaşmaların işlədiyini göstərdi. Biz Bakıda bizə verilən zəmanəti əməldə gördük". 
Ermənistan ölkəmizdə keçirilən Avropa Oyunlarında bir gümüş medalla 40 ölkə arasında 36-cı yerdə qərarlaşmışdı.
Ermənistan Olimpiya Komitəsinin baş katibi ölkəmizdə keçirilən I Avropa Oyunlarının açılış mərasimində erməni nümayəndə heyətinin bayraqdarı idi.

 

Mənbə: ANS PRESS

9 iyul 2015
GO BACK