Qadin.NET / Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

 

 

ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respuplika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 00:27-də baş verib.Maqnitudası 3 olan təkanlar 30 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Xəzər dənizində zəlzələnin qeydə alındığı yer
Xəzər dənizində sonuncu dəfə zəlzələ iyunun 30-da baş verib. Yerli vaxtla saat 22:28-də dənizdə qeydə alınmış zəlzələ hiss olunmayıb. Maqnitudası 3 olan təkanlar 59 km dərinlikdə qeydə alınıb. 
Son vaxtlar Bakı və Abşeron yarımadasında, eyni zamanda ölkənin şimal və cənub bölgələrində seysmik aktivlik müşahidə olunmaqdadır. Bu ilin yanvar ayından, mart ayına kimi ölkədə irili-xırdalı 1800-dən çox yeraltı təkan qeydə alınıb. Onlardan da 10-u əhali tərəfindən hiss olub. Ən güclüsü isə mart ayının 26-da Xəzər dənizində baş verib. O da Rixter cədvəli ilə 4-5 bal gücündə olub. Amma Xəzərin dərinliklərində baş verdiyi üçün paytaxtda və ətraf ərazilərdə hiss olunmayıb. 
Ümumilikdə 2009-cu ildən bu günə kimi baş verən zəlzələlərin aktivliyi intensivləşib. Onlar da əsasən Xəzərin müxtəlif hissələrində, Şamaxı, İsmayıllı seysmoqen bölgəsində, Masallı, Lerik zonasında baş verib və əhali tərəfində hiss olunub. Amma heç bir dağıdıcı gücə malik olmayıb. Hazırda xüsusi avadanlıqlar və çihazlar vasitəsilə zəlzələnin hansı ərazidə gözlənildiyini, aktivliyin olduğunu müəyyən etmək mümkündür. Ancaq onun hansı gün, hansı saatda baş verməsini isə qabaqcadan təyin etmək hələ insanın gücü xaricindədir.

 

Mənbə: ANS PRESS

9 iyul 2015
GO BACK