ANS PRESS xəbər verir ki, erməni silahlı qüvvələrinin nəzarətində olan Azərbaycan torpaqlarında işləmiş Simon Conway gördüyü maraqlı mənzərələri çəkərək sosial şəbəkələrdə yerləşdirib. O, fotoların bir qisminin AzadlıqRadiosunda da yayılmasına razılaşıb.
Xatırladaq ki, 1987-ci ilin noyabr-dekabr aylarında İrəvanda Azərbaycan SSR-in Dağlıq Qarabağ vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi şüarları ilə nümayişlər keçirildi. 1988-ci ilin əvvəllərindən başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi surətdə qovulması başladı. Azərbaycan hakimiyyət orqanlarının qərarı ilə qaçqınlar Bakı və Sumqayıtda yerləşdirildi. Fevral ayında münaqişənin ilk qurbanları: iki Azərbaycan vətəndaşı Əsgəranda (Dağlıq Qarabağ) öldürüldü.
1988-ci ilin 27-29 noyabrında Ermənistan SSR-in Guqark, Spitak və Stepanavan şəhərlərində azərbaycanlılara qarşı törədilən cinayət əməlləri nəticəsində 33 nəfər öldürüldü. Dekabr ayında Ermənistan SSR-də 220.000 – dən çox azərbaycanlı öz evlərindən zorla çıxarıldı.
1989-cu ilin 29 iyul tarixində Azərbaycandan Ermənistana gedən dəmiryol xətti Ermənistan ərazisində qatarlara edilən hücumlar nəticəsində bağlandı. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən təcrid edilməsi başlandı.
1 dekabrda isə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar qəbul etdi. Bununla da, beynəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq, Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi vəQarabağ müharibəsi başlandı.
Mənbə: ANS PRESS