Qadin.NET / Əliyevə hərbi salam verən çempiona rütbə verildi

Əliyevə hərbi salam verən çempiona rütbə verildi

Əliyevə hərbi salam verən çempiona rütbə verildi
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd QРѕşun­la­rı­nın KРѕmandanı gРµnРµral-pРѕlkРѕvnik Р•lçin QuliyРµv “Sərhədçi” İdman Olimpiya Mərkəzinin üzvü olub Bakı-2015 birinci Avropa Oyunlarında iştirak etmiş məşqçi və idmançıları mükafatlandırıb.
ANS PRESS-in məlumatına görə, DSX rəisi tədbirdə iştirak edənlərin bəzilərini vaxtından əvvəl növbəti hərbi rütbələr, digərlərini isə medalla təltif edib.Onlardan Firdovsi Umudov (sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi) polkovnik-leytenant, Nicat Şıxəlizadə (cüdoçu) baş leytenant, Natalya Rəcəbli (paraüzgüçü) baş leytenant, Rəsul Çunayev (güləşçimiz), İlqar Müşkiyev (cüdoçu) leytenant, Babək Əliyev (uşu-sanda) leytenant, Fəridə Əbiyeva (karate) kiçik-leytenant rütbəsi, Vasif Səfərbəyov (samboçu), Leyla Cavadova (boksçu) və Alla Petrovna (bədii gimnast) isə medalla təltif ediliblər.Yunan - Roma güləşi üzrə Avropa çempionu (2008), Azərbaycan çempionu (2008), Tələbələrin 27-ci Ümumdünya Universiadasının qalibi (2013) və nəhayət "Bakı 2015" I Avropa Oyunlarında əldə etdiyi Avropa Oyunlarının çempionu (13 iyun 2015). Bütün bu titullar 24 yaşlı Azərbaycan güləşçisi Rəsul Çunayevə məxsusdur. Bakı-2015 birinci Avropa Oyunlarında Yunan-Roma yarışlarında 71 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz final görüşündə macarıstanlı Balint Korpasi üzərində 4:2 hesabı ilə qələbə qazandıqdan sonra Heydər Əliyev adına İdman Arenasına toplaşan azarkeşlərə unudulmaz anlar yaşadmışdı. Azərbaycan bayrağı ilə arenada dövrə vuran güləşçimiz daha sonra bayrağa bürünərək, ölkə başçısı İlham Əliyevə əsgər salamı verməklə yadda qalmışdı.
Mənbə: ANS PRESS

8 iyul 2015
GO BACK