Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1575-dən 1.1539-a düşüb.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi də artıb. Ötən gün 1,0490 AZN-ə bərabər olan dollar günə 1.0492 manatla başlayıb.
Rus rublunun məzənnəsində isə cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0.0184-dən 0.0185-ə kimi artıb.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Mənbə: ANS PRESS