Həmçinin Gümrü qarnizonundakı hərbi bazanın döyüş hazırlığına gətirilməsi üzrə tapşırıqların yerinə yetirilməsinə hazırlıq səviyyəsi öyrəniləcək.
Bazanın bölmələrinin qəfil qalx əmri ilə göstərilən rayonlara çıxması, daha son Kamhud və Alagöz dağ poliqonlarında təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi üzrə praktiki əməliyyat məsələləri müşahidə ediləcək.
Pilotsuz uçuş aparatı bölmələri çağdaş “Navodçik-2” kompleksinin vasitəsi ilə real vaxt recimində həyəcan əmri ilə hərəkətə keçmiş birləşmələr üzərində nəzarət edəcəklər. Cənub hərbi dairəsinin rəhbərliyi birləşmələrin döyüş hazırlığı səviyyəsini qiymətləndirəcək.
Böyük ehtimalla, bu, Ermənistanda 15 gündən çoxdur ki, davam edən etiraz aksiyaları ilə bağlıdır. Ermənistan polisi İrəvanda elektrik enercisi tariflərinin artmasına qarşı 14 gün davam edən “Talana yox” oturaq aksiyasını zorla dağıtdıqdan sonra etiraz edənlər yenidən Azadlıq meydanına yığılıblar. Görünür, Rusiya rəhbərliyi məsələnin dərinləşə biləcəyindən ehtiyat edir və Ermənistanda mümkün hakimiyyət dəyişikliyinə bəri başdan hazırlıq görür. Ermənilər günlərdir ki, "talana yox" deyərək küçələrə axışıb.Aksiyanın ilk günlərində polis nümayişçilərə qarşı zorakılığa yol verib.
Mənbə: ANS PRESS