Qadin.NET / Rusiya və İran Qarabağı bölür?

Rusiya və İran Qarabağı bölür?

Rusiya və İran Qarabağı bölür?
Bu həftənin sonuna yaxın dünya siyasətində yeni canlama baş verəcək. Rusiyanın Ufa şəhərində iyulun 9-10-da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Sammit çərçivəsində Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında görüşün nəzərdə tutulması beynəlxalq miqyasda diqqətlə izlənilən mühüm siyasi hadisə olacaq.
ANS PRESS-in məlumatına görə, məlumdur ki, Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan bu təşkilatın üzvləridir. Tutduğu coğrafi mövqeyi və apardığı tərəfsiz siyasətlə dünyada özünəməxsus imic yaradan İran bu təşkilata müşahidəçi statusu ilə dəvət olunub və İran prezidenti burada rusiyalı həmkarı ilə təkbətək söhbət etmək şansı qazanacaq. (Həsən Ruhani və Vladimir Putin) İndi həm Moskvanın, həm də Tehranın bir sıra mühüm regional və beynəlxalq məsələlərlə bağlı mövqeyi maraq doğurur. Qərbə qarşı ən yaxşı müttəfiq hesab olunan bu iki ölkə lideri narahatlıq doğuran siyasi-iqtisadi məsələlərin həllinə fayda verə biləcəklərmi, ümumiyyətlə, Putin-Ruhani görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparıla bilərmi?
İndi gündəmdə olan İŞİD-in Suriyada və İraqdakı fəaliyyəti, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar, Ukraynanın şərqində yaranmış vəziyyət, Rusiya-Avropa, ABŞ-İran qarşıdurması ilə bağlı mühüm məsələlər əsas müzakirə mövzusu olacaq. Həmçinin həm İranın. həm də Rusiyanın sərhədi daxilində qaynar nöqtələr və münaqişəılər, o cümlədən Dağlıq Qarabağ probleminin həlli ilə bağlı da ciddi müzakirə gözlənilir. İşğal altında olan Azərbaycan rayonları 
Politoloq Qabil Hüseynli hər iki liderin Qarabağ məsələsi ilə bağlı aparılacaq müzakirələrdə müsbət nəticələrin əldə olunacağı ilə bağlı fikir söyləməkdə çətinlik çəkdiyini söylədi. Onun fikrincə, İran tərəfi indiyədək Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe Azərbaycan üçün qaneedici olmayıb. İran daim Ermənistana iqtisadi yardım pəncərəsi, yolu açıb və bununla bir növ onu xilas edir, yaşadır. 
O deyib: "Hətta İranın Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan bizim üçün tolerant, dost ölkədir. Belə şəraitdə Dağlıq Qarabağ münaqişəsinin İranla Rusiya arasında müsakirəsindən müsbət nəsə gözləmək inandırıcı görünmür. Hər iki ölkə Ermənistana daha yaxın münasibət göstərir. Ona görə də Azərbaycanın xeyrinə addımlar atılacağı qənaətində deyiləm. 
Q.Hüseynli son vaxtlar Qarabağın həlli ilə bağlı Rusiya tərəfindən qəti addımların atılacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, Rusiyanın şərtləri və tələbləri müzakirə mərhələsindədir. Son siyasi qərar yoxdur və bunların hamısı söz-söhbətlərdir. Ona görə konkret nəsə demək olmur. 
Politoloq sülh danışıqları müsbət nəticələnməyəcəyi təqdirdə nə baş verə bilər" sualına isə belə cavab verib ki, təbii, yeganə çıxış yolu hərb yoludur. Azərbaycan öz üzərinə düşən sülhpərvər missiyasını yerinə yetirir. Amma hər şeyin sonu olmalıdır. Milli Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün hər zaman qəti addımlar atmağa qadirdir.

Mənbə: ANS PRESS

7 iyul 2015
GO BACK