Qadin.NET / Leyla Əliyevanın deputatlığa namizədləyi ilə bağlı rəsmi açıqlama

Leyla Əliyevanın deputatlığa namizədləyi ilə bağlı rəsmi açıqlama

Leyla Əliyevanın deputatlığa namizədləyi ilə bağlı rəsmi açıqlama
Heydər Əliyev Fondunun ictimaiyyətlə əlaqələr departamenti iyulun 6-da bəzi kütləvi informasiya vasitələrində Fondun vitse-prezidenti Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
“Leyla Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, eyni zamanda incəsənət, sosial, ekoloji sahələrdə müxtəlif layihələrin müəllifi və təşəbbüskarı kimi tanınır. Lakin hazırda Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürməsi məsələsi həqiqətə uyğun deyil və bununla bağlı yayılan məlumatlar əsassızdır”, - deyə Fonddan verilən açıqlamada bildirilir.

...17:56...
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi ola bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov modern.az saytına eksklüziv açıqlamasında deyib.
Siyavuş Novruzov bildirib ki, YAP-da Leyla Əliyevanın namizəd olması ilə bağlı yekdil fikir var.
Onun sözlərinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə xaricdə Azərbaycan haqqında aparılan təbliğat, “Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayıb:
“Amerikanın 20-dən artıq ştatı Xocalı soyqırımını tanıyıb. Bundan başqa, bütün müsəlman ölkələri Ermənistanın Xocalıda soyqırımı törətdiyini qəbul edib. Bütün bunlar Leyla Əliyevanın xidmətləridir. Belə bir gəncin xaricdə millət vəkili olaraq Azərbaycanı təmsil etməsi çox önəmli məsələdir”.
YAP icra katibinin müavini onu da qeyd edib ki, Leyla Əliyeva hər zaman təmənnasız olaraq kimsəsizlərə, xəstələrə, imkansız adamlara kömək göstərir, xaricdə təhsil alan tələbələrə dəstək verir.
“YAP bütün bunları nəzərə alıb, Leyla xanımın namizədliyini irəli sürmək istəyir. Bu, bütün partiya üzvlərinin istək və arzusudur. Bu istək və arzular partiya rəhbərliyinə çatdırılacaq. Lakin son qərarı Leyla Əliyevanın özü verəcək.

Mənbə: ANS PRESS

7 iyul 2015
GO BACK