Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtı və yeri açıqlanıb. İlham Əliyev və Serj Sarkisyan bu ilin sentyabrında ABŞ-da görüşəcəkləri gözlənilir.
ANS PRESS-in məlumatına görə, görüşün BMT Baş Assambleyasının Nyu-Yorkda növbəti iclası çərçivəsində baş tutacağı gözlənilir və bununlada bu, iki ölkə prezidentinin son illərdə sayca dördüncü görüşü olacaq.
Elə bu məqsədlə də ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri gözlənilir. Onlar Azərbaycanın və Ermənistanın dövlət başçılarının görüşünün təşkili məsələsini müzakirə etməyə hazırlaşırlar. İlham Əliyev və Serj Sarkisyan
Həmsədrlərin regiona səfəri barədə iki gün əvvəl ABŞ-ın Dövlət Müstəqilliyi Günü münasibəti ilə Bakıda təşkil olunan tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da açıqlama verib.
İndi regiona ATƏT-in Minsk qrupunun həmsədrlərinin səfəri gündəmdədir və Azərbaycan Ermənistan prezidentlərinin görüşünün təşkili haqqında məsələ müzakirə ediləcək.
Prezidentlər görüşdə Qarabağ münaqişəsinin nizama salmasının irəliləyişi üçün yeni yolların tapılmasını müzakirə etmək imkanına malik olacaqlar.
İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Pransa prezidentinin Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.İlham Əliyev, Fransua Olland və Serj Sarkisyan - 2014-cü ilin oktyabr ayı
Görüş iştirakçıları sülh danışıqlarında irəliləyişin təsbit edilməsi üçün etibarın möhkəmləndirilməsi üçün tərəflər ATƏT-in Minsk qrupu həmsədrlərinin səyləri çərçivəsində dialoqun davam etdirilməsinin əhəmiyyətini, həmçinin dialoqdan başqa alternativ yolun olmadığını vurğulayıblar.
Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, Paris görüşündə tərəflər bu ilin sentyabrında Nyu-Yorkda BMT-ın Baş Assambleyasının növbəti iclası çərçivəsində dialoqun davam etdirilməsinə razılaşıblar.
Mənbə: ANS PRESS