Qadin.NET / Prezident sərəncam imzaladı: 8 milyon ayrılsın

Prezident sərəncam imzaladı: 8 milyon ayrılsın

Prezident sərəncam imzaladı: 8 milyon ayrılsın
Prezident İlham Əliyev Quba Rayon İcra Hakimiyyətinə 8 milyon pul ayırıb. 
ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamda bildirilir ki, altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,0 (səkkiz) milyon manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Mənbə: ANS PRESS

6 iyul 2015
GO BACK