Qadin.NET / Partlayışda yaralanların 13-ü evə buraxıldı

Partlayışda yaralanların 13-ü evə buraxıldı

 

 

Azərbaycan Səhiyyə Nazirliyi Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayışla bağlı məlumat yayıb.
ANS PRESS-in nazirliyə istinadən verdiyi məlumata görə, bu gün Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayış nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunur ki, 19 nəfər zəhərlənmə və yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada bütün tibbi şərait yüksək səviyyədə təşkil olunub və zərərçəkmiş vətəndaşlara lazımi tibbi yardım göstərilir. Daxil olmuş 19 nəfərdən 13-nə ambulator yardım göstərilərək evlərinə buraxılıb.
Hadisə ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Xidmətindən Şirvan şəhərinə toksikoloq, yanıq cərrahı və reanimotoloq briqadası ezam olunub. Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır.

 

Mənbə: ANS PRESS

6 iyul 2015
GO BACK