Qadin.NET / Qızıl medalın sahibi özünə yeni avtomobil aldı

Qızıl medalın sahibi özünə yeni avtomobil aldı

 

 

Bakı 2015 I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran Ayxan Tağızadə özünə yeni avtomobil alıb.
ANS PRESS-in məlumatına görə, taekvondo üzrə kişilər arasında 68 kiloqram çəkidə qızıl medalın sahibi bunu öz instagram səhifəsində paylaşıb. “Dodge” markalı maşının fotosunu paylaşan Ayxanın bunu hansı qiymətə aldığı bilinmir.

 

 

İyunun 12-dən 28-nə kimi ölkəmizdə keçirilən Avropa Oyunlarında milli komandamız 21 qızıl, 15 gümüş, 20 bürünc medalla ikinci pillənin sahibi olmuşdu.
Onlara verilən mükafatlara gəlincə isə I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), pul məbləği ayrılmışdı.
Birinci Avropa Oyunlarında taekvandoçumuz Ayxan Tağızadə Azərbaycan millisinə 11-ci qızıl medalı qazandırıb.
ANS PRESS-in məlumatına görə, taekvandoçumuz finalda polşalı idmançı Karl Robakla qarşılaşıb.
Döyüş çox gərgin keçib. 3-cü raund 9:9 hesabı ilə başa çatdığına görə, 4-cü raunda ehtiyac yaranıb. İdmançımız bu raunda qələbə qazanıb.

Ayxan Tağızadə finalda polşalı idmançı ilə qarşılaşıb.

 

Mənbə: ANS PRESS

6 iyul 2015
GO BACK