Qadin.NET / Millimiz mövqeyini qorudu

Millimiz mövqeyini qorudu

 

 

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
ANS PRESS-in məlumatına görə aktivində 1354 xal olan komandamız 14-cü pillədəki yerini qoruyub. "Avro-2016"nın pley-off mərhələsində qarşılaşacağımız rəqibimiz Slovakiya millisi 1219 xalla 23-cü pillədə qərarlaşıb.
Slovakiya ilə duelimizin hesabı 1:1-di. 1995-ci ilin oktyabrında baş tutan görüşdə rəqibimiz 2:0 hesabı ilə qalib gəlmişdi. AVRO-2014-ün seçmə mərhələsində keçirilən qarşılaşma komandamızın 2:1 hesablı üstünlüyü ilə başa çatmışdı.
Millimizin "DÇ-2016"nın seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 1340 xalla 15-ci, Belarus isə 1230 xalla 22-ci olub.
Siyahıya 1922 xalla İspaniya başçılıq edir. Braziliya ikinci, Rusiya isə üçüncü pillədə qərarlaşıb. 

 

Mənbə: ANS PRESS

6 iyul 2015
GO BACK