Qadin.NET / Yağış və külək geri qayıdır

Yağış və külək geri qayıdır

 

 

Sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində əsən şimal-qərb küləyi arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25Лљ, gündüz 27-32Лљ isti olacaq. 
Azərbaycanın rayonlarında da iyulun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 21-26Лљ, gündüz 32-37Лљ, dağlarda gecə 14-19Лљ, gündüz 22-27Лљ isti olacaq.

 

Mənbə: ANS PRESS

6 iyul 2015
GO BACK