“Qalatasaray”ın yeni transferi ulduz futbolçu bu gün İstanbula gəlib.
ANS PRESS-in məlumatına görə, futbolçu İstanbul Sabiha Gökçen hava limanında coşqulu şəkildə qarşılanıb.
Podolski üçün bu gün saat 18:00-da imza mərasimi keçiriləcək. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanacağı gözlənilir.
Karyeri uğurlarla zəngin olan Lukas Padolski professional futbola Almaniyanın "Köln" klubunda başlayıb. 2003-2006-cı illər ərzində klubunda keçirdiyi 81 matçda 46 qol vurmağı bacaran hucumçu 2006-cı ildən "Bavariya" klubuna transfer olunub. Münhen təmsilçisnin heyətində 71 görüşdə 15 qola imza atan Lukas 2009-cu ildə yenidən "Köln"ə qayıdıb.
Daha 3 mövsüm burada çıxış etdikdən sonra Padolski alman futbolunu ingilis futboluna dəyişib. "Arsenal"a keçidi isə o qədər də uğurlu alınmayıb. 53 görüşdə cəmi 19 dəfə rəqib qapılarını silkələyən almaniyalı hücumçu 2015-ci ilin qış fasiləsində icarə əsasında "İnter"ə transfer olunub.
Padolski milli komanda ilə bir dəfə dünya çempionu (2014), iki dəfə dünya üçüncüsü (2006, 2010), bir dəfə Avropa ikincisi (2008) olub. Bundan başqa, Lukas 2006-ci ildə Dünya Çempionatının "ən yaxşı gənc futbolçusu" adına layiq görülüb.
Mənbə: ANS PRESS