Qadin.NET / “WhatsApp istifadəçiləri, bu proqrama aldanmayın

“WhatsApp istifadəçiləri, bu proqrama aldanmayın

“WhatsApp istifadəçiləri, bu proqrama aldanmayın
"ESET" antivirus şirkətinin mütəxəssisləri populyar "WhatsApp" messencerində maskalanan zərərli proqram təminatının fəallığının artması haqda məlumat verib.

"Android" platforması ilə işləyən smartfon və planşetlərə hücum edən mobil SMS troyan "TrojanSMS.Agent.ZS" adlanıb. Virus 2015-ci ilin əvvəlindən qeyri-rəsmi mobil proqram mağazaları vasitəsilə yayılır.Milli.Az ICTnews-a istinadən bildirir ki, istifadəçi virusun quraşdırılma faylını yükləyib və işə saldıqdan sonra proqram "WhatsApp" adı altında istifadəçiyə mobil tətbiqdən istifadə üçün ödəniş edilməsini təklif edir. Ödəniş edildikdən sonra əlavə paketlərdən ibarət ikinci faylın yüklənməsi başlanır. Bundan sonra troyan SMS göndərilməsinə icazə daxil olmaqla administrator hüquqlarını tələb  etməklə əməliyyat sisteminə quraşdırılır."TrojanSMS.Agent.ZS" virusu sistemə tam giriş əldə etdikdən sonra ödənişli nömrələrə mobil mesajlar göndərməyə, həmçinin zənglər etməyə, qurğu və sistem haqda məlumatları kənar serverə ötürməyə başlayır."ESET" ekspertləri bu problemdən xilas olmaq üçün populyar mobil proqramları yalnız rəsmi internet mağazalardan yükləməyi və mobil qurğulara müasir antiviruslar quraşdırmağı tövsiyə edirlər.

Mənbə: Milli.Az

 

4 iyul 2015
GO BACK