Qadin.NET / Bu cütlük yenidən toy edəcək

Bu cütlük yenidən toy edəcək

 

 

Gənc qadın yaddaşını tamamilə itirdiyinə görə həyat yoldaşı onunla ikinci dəfə evlənəcək. ANS PRESS-in məlumatına görə, Castis və Ceremi Stamper cütlüyü toyu olandan cəmi 19 gün sonra həyat yoldaşı işdə olarkən Castis Stamper avtomobil qəzasına düşüb. Nəticədə qadın yaddaşını tamamilə itirib. O, kim olduğunu, hətta həyat yoldaşını, toyunun olduğunu da unudub. Gənc qadın Ceremiyə onu tanımadığını, toyunu unutduğunu deyəndə isə həyat yoldaşının cavabı çox qısa olur. O, "yenidən toy edərik" deyir.

Lakin onların ikinci dəfə evlənməsi üçün müəyyən qədər pul lazım idi. Buna görə Ceremi onlayn yardım fondlarından birinə müraciət edib. Sosial şəbəkədə hekayələrini danışan gənc bir-birlərini 10 yaşından tanıdıqlarını, uşaqlıqdan bir-birini sevdiklərini deyib. Beləliklə, qısa vaxt ərzində cütlük ehtiyacı olan 5 min dolları toplayıb. Hətta indiyədək onların hekayəsini eşidənlər pul yardımı edirlər.

İndi isə xoşbəxt cütlük toya hazırlaşır. Ceremi Stamper hətta onlara kömək edənləri, onları dəstəkləyənləri öz toylarına da dəvət edib. Bunun üçün o, sosial şəbəkə vasitəsilə həmin insanlara müarciət edib. Gənc toyda iştirak etmək istəyən hər kəsin onunla əlaqə saxlamağını istəyib.

 

Mənbə: ANS PRESS

3 iyul 2015
GO BACK