Qadin.NET / Avropa Liqasının qalibi "Milan"da

Avropa Liqasının qalibi "Milan"da

 

 

İtaliyanın "Milan" klubu heyətini gücləndirməkdə davam edir.
ANS PRESS-in məlumatına görə, komanda Ukraynanın "Şaxtyor" (Donetsk) klubunda oynayan Luis Adrianonu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. 2009-cu ildə Ukrayna klubunun heyətində Avropa Liqası qazanan braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. 28 yaşlı futbolçunun gələn həftədən komandaya qoşulacağı bildirilib.

Kariyerası olduqca zəngin olan Luis futbola Braziliyanın “İnternasinal” klubunda başlayıb. Burada bir mövsüm çıxış edən futbolçu 15 matçda bir qola imza atıb. 2007-ci ildən Ukraynanın "Şaxtyor" klubunda forma geyinən Adriano 154 qarşılaşmada 54 dədə rəqibi cəzalandırıb. Donetsk klubunun heyətində 6 dəfə ölkə çempionu, 4 dəfə ölkə kubokunun qalibi, 5 dəfə Ukrayna super kubokunun qızıl medallarına sahib çıxıb.Yeddi dəfə Çempionlar Liqasının qalibi - "Milan" klubu bir neçə gün bundam əvvəl "Sevilya" ilə iki dəfə Avropa liqasının qızıl medallarına sahib çıxmış Kolumbiyalı hücumçu Karlos Bakkanı da transfer etmişdi.

 

Mənbə: ANS PRESS

3 iyul 2015
GO BACK