Qadin.NET / İrəvanda Avropa Birliyinin bayrağını qaldırdılar

İrəvanda Avropa Birliyinin bayrağını qaldırdılar

İrəvanda Avropa Birliyinin bayrağını qaldırdılar
Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisi tariflərinin yüksəldilməsi ilə əlaqədar keçirilən etiraz aksiyası davam edir. Baqramyan prospektində aclıq aksiyası keçirən və vəziyyəti pisləşən daha iki nəfər xəstəxanaya yerləşdirilib. Bu arada etiraz aksiyası zamanı bir qrup fəal Avropa Birliyinin bayrağını dalandırımağa çalışıblar. Lakin onlara qarşı müdaxilə olunub. Fəallar bildiriblər ki, enerji tariflərinin yüksəldilməsinə qarşı keçirilən aksiyanı siyasiləşdirmək olmaz. “Bu, yalnış addımdır. İstəmirik ki, kimsə, bizim aksiyamıza siyasi don geyindirsin və ya, Avropa bizə xaricdən təsir etsin” - deyə fəallardan biri qeyd edib. Amma bir məsələdə maraqlıdır ki, Ermənistan hakimiyyətinin yeni tarifləri ləğv etməsinə baxmayaraq etirazçılar İrəvan küçələrini tərk etmir. 

Mənbə: ANS PRESS

3 iyul 2015
GO BACK