Qadin.NET / Avropa Oyunları neçəyə başa gəldi?

Avropa Oyunları neçəyə başa gəldi?

 

 

I Avropa Oyunlarına xərclənən vəsait rəsmi olaraq açıqlansada, dəqiq rəqəmlər hələ də insanlar arasında mübahisə mövzusuna çevrilib. 

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov həm xarici, həm də yerli mətbuata açıqlamasında bu suallara cavab verib. Son günlər sosial şəbəkələrdə ciddi müzakirə edilən bu məsələ ilə bağlı Azad Rəhimovun mətbuatda yayımlanan müsahibələrini sizə təqdim edirik:
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimovun 11 iyundakı mətbuat konfransında açıqlamasında ancaq açılış mərasiminə sərf edilən xərcin 100 milyon manatı ötdüyünü deyib. 
"Hansısa təşkilat Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram. Ölkənin illik idman büdcəsi 10 milyon təşkil edir. Xərclərin digər hissəsi idman komplekslərinin tikilməsinə və informasiya texnologiylarına sərf olunub. Avropa Oyunlarının büdcəsi əvvəlcə 960 milyon manat olub. Sonradan 1 milyarddan bir qədər çox oldu". 

BAOƏK-in baş icraçı direktoru Azad Rəhimovun 13 iyunda keçirilən mətbuat konfransında açıqlaması: "Bakı 2015-in Açılış Mərasimi təxminən 100 mln manata başa gəlib. Bəzi səs avadanlıqları icarəyə götürülüb və bunlar sonradan geri qaytarılacaq. Ümumilikdə deyə bilərəm ki, Avropa Oyunları ilə bağlı yekun rəqəmləri yarışlar bitdikdən sonra tam açıqlayacağıq".

 

Mənbə: ANS PRESS

2 iyul 2015
GO BACK