Qadin.NET / Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb

 

 

Son 10 həftə ərzində dünən ən aşağı qiymətə qədər ucuzlaşan neft bu gün yenidən bahalaşmağa başlayıb. 
ANS PRESS-in məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 11 radələrində Brent neftinin qiyməti 0,37% bahalaşaraq barrel üzrə 62,24 dollara qalxıb. Texas neftinin qiyməti isə 0,18% arptaraq 57,06 dolları ötüb. 
Dünən neftin kəskin azalması ABŞ Energetika Nazirliyinin neft ehtiyatlarının həcmi barədə verdiyi açıqlama ilə bağlı idi. Gözlənilmədən iyunun 26-da başa çatan həftə ərzində Amerikada neft ehtiyatları 2,4 milyon barrel artaraq 465,4 milyon barrelə çatmışdı. Halbuki, analitiklər həftə ərzində 2 milyon barrelə azalaraq 461 milyon barrelə düşəcəyini gözləyirdilər. 
Neftin bu günkü bahalaşması isə Yunanıstanda baş verən texniki defoltla bağlıdır. Afina iyulun 5-ə kreditorların borcları üzrə referendum təyin edib. "Neft bazarı Yunanıstanda müşahidə edilən qeyri-müəyyənlik fonunda ehtiyat göstərməyə meyllidirlər", - deyə "Citi Futures"ın analitiki Tim Evans bildirib. 

 

Mənbə: ANS PRESS

2 iyul 2015
GO BACK