AFP-nin məlumatına görə, İndoneziya Hava Qüvvələrinə aid hərbi yük təyyarəsi "Hercules C-130"da 12 heyət üzvü, 101 sərnişin olub. Daha 3 nəfər isə bina sakini olublar.
Bu, 10 il ərzində İndoneziyada baş verən 2-ci ən böyük təyyarə qəzasıdır. Bundan öncə 2005-ci ilin sentyabrında "Mandala" Hava yollarına aid "Boeing-737" tipli təyyarə havaya qalxdıqdan qısa zaman sonra qəzaya uğramışdı. Həmin qəza zamanı eniş zolağında olanlar daxil olamaqla 143 nəfər ölmüşdü.
Bundan öncə yayılan məlumatlarda hərbi yük təyyarəsinin binaların üzərinə düşməsi nəticəsində 38 nəfərin öldüyü bildirilirdi. İndoneziyanın Qırmızı Xaç Komitəsi ölənlər arasında bir azyaşlı olduğunu açıqlayıb. Digər bir məlumata görə, qəzaya düşən hərbi təyyarə 1960-cı ildə ABŞ-da istehsal edilib.
İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus hava gəmisinin texniki səbəblərdən qəza etdiyi güman edilir. Yük təyyarəsi Sumatra adasındakı Medan şəhərində qəzaya uğrayıb. Təyyarə adadakı evlər və otel binasının üstünə düşüb. Hərbi bazadan havaya qalxan təyyarənin pilotları problem olduğunu müəyyən ediblər. Onlar geri qayıtmaq istədikdə isə qəza baş verib. Qəzadan sonra elektrik xətlərinə də ciddi ziyan dəyib. Hadisə yerində yanğın başlayıb.
Mənbə: ANS PRESS