AMEA-dan Publika.Az-a verilən məlumata görə, aradakı fərqi götürmək üçün saatlara 1 saniyə əlavə ediləcək. Bu, 2015-ci il iyunun 30-da günorta saatlarında baş verəcək.
Beləliklə, 30 iyun tarixində gün 86 min 400 əvəzinə 86 min 401 saniyə olacaq.
Saatlara əlavə saniyə ilk dəfə 1972-ci ildə, axırıncı dəfə isə 2012-ci ildə əlavə edilib. Builki əlavə, tarixdə 26-cı olacaq.
ABŞ əlavə saniyələrin naviqasiya və rabitə sistemləri üçün dağıdıcı olacağını iddia edərək bunun qarşısını almaq istəyir. Bunun əksinə olaraq, Birləşmiş Krallıq isə "Qrinviç ortalama vaxtı"nın dəqiq olması üçün əlavə saniyələri vacib sayır.
"Qrinviç ortalama vaxtı" 1847-ci ildə günəşin qrinviç meridianından keçməsinə görə hesablanıb və qəbul edilib.
Mənbə: Milli.Az