Qadin.NET / Avroda gözlənilməz ucuzlaşma

Avroda gözlənilməz ucuzlaşma

Avroda gözlənilməz ucuzlaşma
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1755 AZN-dən 1,1558-ə qədər azalıb.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi avrodan fəqli olaraq bahalaşıb. Belə ki, 1 dollar 1,0482 AZN-dən 1.0491-ə qədər yüksəlib.
Rus rublunun məzənnəsində də ucuzlaşma qeydə alınıb. 1 rubl hazırda 0,0191 AZN təşkil edir.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

Mənbə: ANS PRESS

29 iyun 2015
GO BACK