Qadin.NET / BAKI 2015: Bu komandamız ən güclü oldu

BAKI 2015: Bu komandamız ən güclü oldu

BAKI 2015: Bu komandamız ən güclü oldu
Bakıda keçirilən birinci Avropa Oyunlarında Azərbaycan milli komandası tarixi uğura imza atır.ANS PRESS-in məlumatına görə, Oyunlar başlayan gündən Azərbaycan yığması reytinq cədvəlində ilk sıralarada yer alıb. Bu günə olan cədvələ əsasən milli komandamız 56 medalla Rusiyadan sonra ikincidir. Bu medalların yarısı güləşçilərimizin payına düşür. Boksçularımız isə ümumilikdə 6 qızıl medal qazanıb. Ümumilikdə isə boks yığmamız 11 medal qazanıb: 6 qızıl, 1 gümüş, 4 bürünc. Azərbaycan millisi bu göstəriciyə görə rəqiblərini geridə qoyub.
Azərbaycan millisinin qazandığı 56 medaldan 21-i qızıl, 15-i gümüş, 20-i bürüncdür. Siyahıda birinci yerə isə 161 medalla Rusiya başçılıq edir. Şimal qonşumuzun aktivində 78 qızıl, 40 gümüş, 43 bürünc medal var. Siyahıda üçüncü yerdə isə 47 medalla (18 qızıl, 10 gümüş, 19 bürünc) Böyük Britaniya qərarlaşıb.
Bakı 2015-in bu günə olan reytinq cədvəli ilə tanış ola bilərsiniz.
BAKI 2015: Bu komandamız ən güclü oldu

BAKI 2015: Bu komandamız ən güclü oldu

BAKI 2015: Bu komandamız ən güclü oldu

Mənbə: ANS PRESS

28 iyun 2015
GO BACK