Qadin.NET / Ermənistanda xalq üsyanı davam edir

Ermənistanda xalq üsyanı davam edir

Ermənistanda xalq üsyanı davam edir
Ermənistan paytaxtı İrəvanda davam edən etiraz aksiyasının iştirakçıları meydanı tərk etmək fikrində deyil.ANS PRESS-in məlumatına görə, etirazçılar tələbləri yerinə yetirilənədək aksiyalarını davam etdirməyi düşünür. Etirazçılar prezident Serj Sarkisyanın danışıq təklifini də qəbul etməyərək əvvəlki tələblərini irəli sürüblər. Etirazçılar hökumətin onların heç bir tələbini yerinə yetirmədiklərinə görə, mübarizə aparmağı davam etdirir və Baqramyan prospektini bağlı saxlayacağlarını qeyd edirlər.
"Bizim mübarizəmiz tələblərimizin yerinə yetirilmədiyi ana qədər davam edəcək. Fikrimiz qətidir tələblərimiz həll edilməlidir", - etirazçılar bildirib. 
Onların sözlərinə görə, aksiyalar siyasi xarakter daşımır: "Tələbimiz yerinə yetirilən kimi dağılışacağıq". 
“Talana yox!” təşəbbüsü ötən həftədən elektrik enerji tariflərinin qaldırılmasına qarşı etiraz aksiyaları təşkil edir. İyunun 23-də səhər saat 5:30 radələrində polis güc tətbiq edərək Bağramyan prospektində etirazçıların piketini dağıdıb. Nəticədə 30-a yaxın insan xəsarət alıb, 237 nəfər həbs olunub. Daha sonra etirazçıların sayı çoxalıb. 
Qeyd edək ki, Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının 17 iyun tarixli qərarına əsasən, elektrik enerjinin tarifləri təxminən 16 faiz artırılıb. Avqustun 1-dən Ermənistan istehlakçıları gündüz saatlarında istifadə edilən 1 kilovat saat elektrik enerji üçün 48,78 dram (təxminən 10,3 cent), gecə saatları üçün – 38,78 dram ödəməli olacaqlar.

Mənbə: ANS PRESS

28 iyun 2015
GO BACK