İlk dəfə olaraq Bakıda genişmiqyaslı yoqa festivalı keçirilib. ANS PRESS-in məlumatına görə, festival 21 İyun Beynəlxalq Yoqa Günü çərçivəsində baş tutub.
ANS PRESS-in məlumatına görə, festivalda yoqa sessiyaları və pop-stop rejimində yoqa mühazirələri kimi tədbirlər ilk dəfə idi ki, paytaxtımızda keçirilirdi.
Yoqa festivalında 200-dən çox bakılı və şəhərimizin qonaqları qatılıb.
BMY 21 İyunu Beynəlxalq Yoqa Gününü təntənəli şəkildə qeyd edilməsinə qərar verdikdən sözügedən festival ilk dəfə Hindistanda keçirilmişdi. Sonra bu festival dünyanın 177 ölkəsində keçirildi. İndi isə Azərbaycanda onların sırasına qoşuldu.
Mənbə: ANS PRESS