Qadin.NET / Bakı-2015-ə həsr edilən qızıl iPhone

Bakı-2015-ə həsr edilən qızıl iPhone

 

 

iPhone bazasında lüks klass smartfon istehsalçısı olan zərgərlik brendi Caviar İlk Avropa Oyunlarına həsr olunmuş eksklüziv Caviar Olympia smartfon kolleksiyasını buraxıb.
ANS PRESS buro247.az-a istindla xəbər verir ki, smartfonun qızıl korpusunda Azərbaycanın ən tanınan simvolları olan od, su, simurq quşu, xalça və narı birləşdirən Oyunların loqotipi həkk olunub. Şərq naxışı ilə incə həkk smartfonun nəfis və cəlbedici dizaynını tamamlayır.
Yeni Caviar Olympia modeli özündə dünyada ən yaxşı smartfonun yüksək texnologiyalarını və nəfis zərgər işini birləşdirir. Smartfon eksklüziv olaraq Caviar-ın Bakıdakı butikində təqdim olunur. 

 

Mənbə: ANS PRESS

27 iyun 2015
GO BACK