Qadin.NET / Maradona prezident olmaq istəyir

Maradona prezident olmaq istəyir

 

Dünya şöhrətli argentinalı futbolçu Maradona FİFA prezidenti olmaq istəyir. ANS PRESS-in məlumatına görə, Dieqo Maradona namizədliyini irəli sürmək barədə niyyətini özü açıqlayıb. Bu barədə jurnalisr Viktor Uqo Morales tvitter-də yazıb.
Xatırladaq ki, bu posta artıq fransalı keçmiş prezident Devid Jinola, İordaniya şahzadəi Əli bin Əl-Hüseyn, FİFA-nın keçmiş vitse prezidenti və Koreya futbol asossasiyasının keçmiş rəhbəri Çon Mondjun, Moskva MOİK-nin keşmiş baş məşqçisi Ziko və Liberiya futbol asossasiyasının prezidenti Musa Biliti namizədliyini verib. 
FİFA-nın son prezidenti Jozef Blatter olub. O, adı rüşvət qalmaqalında hallandıqdan sonra iyun ayının 2-də istefa vermişdi.
Mənbə: ANS PRESS

 

27 iyun 2015
GO BACK