Qadin.NET / Avropa Oyunlarını keçirmək istəyən ölkələrin sayı artıb

Avropa Oyunlarını keçirmək istəyən ölkələrin sayı artıb

 

 

Avropa Oyunlarını 2019-cu ildə keçirmək istəyən ölkələrin sayı artıb.ANS PRESS-in məlumatına görə, bu barədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki "Reuters" agentliyinə açıqlamasında bildirib. O, deyib ki, "Bakı-2015" I Avropa Oyunları özünü doğrultduğundan Niderlandı əvəzləmək istəyən ölkələrin sayı artıb.
Onun sözlərinə görə, Niderland "Bakı-2015" I Avropa Oyunlarının təntənəli açılış mərasimindən bir neçə gün əvvəl Oyunların çox böyük maliyyə vəsaiti tələb etməsi səbəbindən imtina etdiyini açıqlayıb: 
"Onun imtina etməsi bu qitə tədbirinin gələcəyinin olmaması ilə bağlı iddiaları artırsa da, I Avropa Oyunları bütün gözləntiləri doğruldub və ikinci mərhələdə bir çox ölkələrin bu Oyunları keçirməsinə marağı artırıb. Bizim əvvəlcə altı namizədimiz var idi. Daha sonra Niderland imtina etdi. Hazırda iki əlavə namizədimiz də var. Ancaq bir müddət heç bir qərar verilməyəcək".

 

Mənbə: ANS PRESS

22 iyun 2015
GO BACK