Qadin.NET / Gürcüstanda yaşayan azərbaycanlılar təbii fəlakətlə üz-üzə

Gürcüstanda yaşayan azərbaycanlılar təbii fəlakətlə üz-üzə

 

 

İyunun 20-dən 21-nə keçən gecə Gürcüstanda yağan leysan yağışları və qasırğa azərbaycanlıların yığcam yaşadıqları Bolnisi və Marneuli rayonlarında ciddi fəsadlar törədib.ANS PRESS-in AzərTAC-a istinadən verdiyi məlumata görə, qasırğa Marneuli şəhərində bəzi binaların damlarını uçurub, ağacları yıxıb, yüksək gərginlikli elektrik xətlərini sıradan çıxarıb, yüzlərlə ev işıqsız qalıb. Bir neçə kənddə evlərə su dolub, təsərrüfatlara, meyə bağlarına, istixanalara ciddi ziyan dəyib.
Marneuli bələdiyyəsinin sədr müavini Temur Beridze bildirib ki, 20-25 dəqiqə ərzində evlərin birinci mərtəbələrini və həyətyanı sahələri su basıb.
T.Beridze uzun illərdir bölgədə belə güclü qasırğa və yağışların müşayiət olunmadığını qeyd edib.
Güclü leysan yağışları Bolnisi rayonunda da ciddi fəsadlar törədib.
Rayonun Qoşakilsə kəndinə 20 santimetr qalınlığında dolu düşüb. Daşdıqullar, Həsənxocalı, Arıxlı, Kalağır və digər kəndlərdə meyvə bağlarına, taxıl sahələrinə və fərdi təsərrüfatlara ciddi ziyan dəyib.
Hazırda yerli bələdiyyələr və icra strukturları şəhər və kəndlərə dəyən ziyanın miqdarını hesablayırlar.

 

Mənbə: ANS PRESS

22 iyun 2015
GO BACK