Qadin.NET / Orucluğun qadağan edildiyi ölkəni su basdı, ölənlər var

Orucluğun qadağan edildiyi ölkəni su basdı, ölənlər var

 

 

Çinin mərkəzi və cənub bölgələrində leysan yağışın səbəb olduğu daşqın nəticəsində ölənlərin sayı artır.ANS TV-nin məlumatına görə, daşqın nəticəsində azı 20 nəfər ölüb, bir neçə nəfər isə itkin düşüb. Ən çox itki sayı Hubey əyalətində qeydə alınıb. Burada 22 nəfər isə sel sularından xilas edilib.Hubey əyalətində 60 mindən çox sakin təxliyə edilib. Leysanın Çinin cənub-şərq bölgələrində də daşqınlara səbəb olacağı gözlənilir.Bəzi şəhərlərdə 48 saat ərzində 20 santimetrdən artıq yağıntı düşüb, minlərlə ev dağılıb.

 

Mənbə: ANS PRESS

22 iyun 2015
GO BACK