Qadin.NET / İdmançımızdan 5 medal: 1 qızıl, 2 gümüş, 2 bürünc

İdmançımızdan 5 medal: 1 qızıl, 2 gümüş, 2 bürünc

 

 

Bu gün Birinci Avropa Oyunları çərçivəsində idman gimnastikası üzrə final yarışları keçirilir.
ANS PRESS-in məlumatına görə, idman gimnastikasında kişilər arasında paralel qollarda hərəkətlərdə azərbaycanlı gimnast Oleq Stepko idman gimnastikası üzrə yarışlarda paralel qollarda hərəkətlər növündə qızıl medal qazanıb. O, 15.733 bal toplayıb.
O, 4 müxtəlif hərəkətdə - gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda qüvvəsini sınayıb
Gimnastika atında hərəkətlərdə sonuncu çıxış edən Stepko 14,600 xalla 2-ci olub. Həlqələrdə hərəkətlərdə Oleq 14,466 xal qazanıb. O, bu nəticə ilə 4-cü pillədə qərarlaşıb.
Dayaqla tullanmada hakimlər idmançımızın ilk cəhdini 14,933, 2-ci yanaşmasını 15,000 xalla qiymətləndirib. Ümumi nəticədə 14,966 xal yığan Stepko 3-cü yeri tutaraq, növbəti dəfə fəxri kürsüyə yüksəlib. Bu bürünc medal onun Bakı-2015-də 4-cü, yığmamızın 32-ci mükafatı olub.

 

Mənbə: ANS PRESS

20 iyun 2015
GO BACK