Qadin.NET / Həftəsonunun hava proqnozu

Həftəsonunun hava proqnozu

 

 

Yaxın günlərdə ölkə ərazisində müşahidə edilən hava temperaturunda ciddi dəyişikliyin olacağı gözlənilmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Abşeron yarımadasında havanın temperaturu gecə 18-23Лљ, gündüz 29-34Лљ isti olacaq.
Azərbaycanın rayonlarında da iyunun 20-də hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam dağlıq rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 19-24Лљ, gündüz 33-38Лљ, dağlarda gecə 12-17Лљ, gündüz 23-28Лљ isti olacaq.


Mənbə: ANS PRESS


20 iyun 2015
GO BACK