Qadin.NET / Erməni şagirdlər Bakıya gələsi olmadı

Erməni şagirdlər Bakıya gələsi olmadı

 

Erməni şagirdlər Bakıya gələsi olmadı

Erməni məktəblilər Bakıya gəlmək fikrindən daşındılar. ANS PRESS-in "Novosti Armeniya" ya istinadla verdiyi məlumata görə, bu barədə Ermənistanın elm və təhsil naziri Armen Aşotyan deyib. O, bildirib ki, erməni şagirdlər kimya üzrə 20-29 iyunda Bakıda keçiriləcək 47-ci Olimpiyadaya qoşulmayacaqlar. Onun sözlərinə görə, burada iştirak etmək üçün ərizə qəbulunun son günü 15 iyun olub. Onun iddiasına görə, Azərbaycandan təhlükəsiliklə bağlı zəmanət almayıblar. 
Erməni nazir deyib ki, Olimpiada üçün 4 şagird seçilmişdi və onlar ən azı gümüş medala iddialı ola bilərdilər. 
Qeyd edək ki, şagirdləri Ermənistanın təhsil nazirinin özünün müşayiət edəcəyi bildirilirdi. 
Ancaq bir qədər əvvəl yayılmış məlumatlarda Ermənistan tərəfi bildirirdi ki, Azərbaycan tərəfi erməni nümayəndə heyəti üçün müvafiq təhlükəsizlik zəmanəti verib. Buna görə də Ermənistan tərəfi çəkinmədən olimpiadada iştirakla bağlı qərar verib. 

 

Mənbə: ANS PRESS

16 iyun 2015
GO BACK