Qadin.NET / Azərbaycan neçə medal qazana bilər?

Azərbaycan neçə medal qazana bilər?

 

Azərbaycan neçə medal qazana bilər?

“I Avropa Oyunları başlayan gündən Azərbaycan yaxşı nəticələr əldə etdi. Biz artıq 7 qızıl medal qazanmışıq. Bu gün isə daha bir qızıl medal gözləyirik”.
ANS PRESS-in məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev deyib. O bildirib ki, heyətimiz çox güclü idmançlardan qurulub:
“Hesab edirəm ki, ümumilikdə 20-dən çox medal qazanacağıq. Əldə olunan uğurlara görə bütün federasiyalarımıza təşəkkür edirəm. Yarışacaq idmançılarımıza isə uğurlar arzu edirəm. Medal sayına görə Azərbaycan ikinci yerdədir. Mən hesab edirəm ki, bizim rəqabətimiz hələ davam edəcək. Bilirsiniz ki, qızıl medallar daha yüksək nəticə hesab olunur. Biz bu əyar medallara görə yalnız Rusiyadan geri qalırıq”.
MOK rəsmisi növbəti günlərdə yenə qızıl medallar qazanaraq güclü ölkələr arasında fərqlənəcəklərinə ümid etdiyini söyləyib: “Yarışların sonuna kimi, medalların sayına görə ilk üçlüyə düşə bilərik. Bunun üçün Azərbaycan heyətinin yetərli potensialı var”.

 

Mənbə: ANS PRESS

16 iyun 2015
GO BACK