ANS PRESS-in məlumatına görə, NASA dakı mütəxəssislər 2099-cu ilin iyul ayında Günəşin batdığı yerlərdə istilik minimum - 10 dərəcə olduğu halda, güzdüzlər 45 dərəcə və daha artıq olacağınə poqnozlaşdırıblar.
Uzun müddətdir fərqli iqlim modelleri üzərində işləyən NASA 21 fərqli modelləri dəyərləndirərək 100 illik müddət ərzində bizi gözləyən təxmini istiliyi dərəcəsini ölçüb.
Xəritədə 2015 – ci ilin əvvəlində 400 parça olan karbon qazı səviyyəsi milyonda 900 parçaya yüksəlmiş vəziyyətdədir.NASA mütəxəssislərindən biri Ellen Stofan qlobal istilərin sel və quraqlığa necə təsir edəcəyini və hava axınlarını necə dəyişdirəcəyi mövzusunda fikir əldə etməyə çalışdığını bildirib.
Stofan texnoloji və yeni üsullarla sayəsində dünyanı kosmosdan daha yaxşı müşahidə edə bildiklərini və bunun sayəsində gələcəkdə qlobal istiləşməylə mübarizə etməmizi təmin edəcək məlumatlar yığdıqlarını söyləyib.
NASA qlobal istiləşmənin təsirlərini 1950 ilə 2100-cu illər arasında meydana gətirdiyi iqlim modellərinə görə qiymətləndirdiklərini və 11 terabaytdan çox məlumatın istifadə edildiyini açıqlayıb. Bu NEX məlumatlar Amazon veb xidmətləri vasitəsilə cəmiyyətə də təqdim edilir. OpenNEX proqramı vasitəsilə istəyən hər kəs müxtəlif iqlim modelləri üzərində araşdırma edə bilir.
Mənbə: ANS PRESS