Daşqında 13 nəfər həlak olub, yaralananların sayı 42 nəfərə çatıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, daşqın Tbilisinin məşhur zooparkını faktiki olaraq məhv edib.Zooparkdakı onlarla heyvan tələf olub. Onların arasında ayılar, pələnglər, şirlər, canavarlar var."Sağ qalmış heyvanlar küçələri dolaşır. Xoşbəxtlikdən, hələlik yırtıcıların insanlara hücum faktları qeydə alınmayıb. Yırtıcıların olduğu volyerlərlə qəfəslərin aşağısı zooparkın aşağı hissəsində, Vere çayının sahilində idi. İndi oranı palçıq və zibil basıb. Yalnız o volyerləri qazıb çıxarandan sonra nə qədər heyvanın öldüyünü, nə qədər heyvanın da sağ qaldığını dəqiq biləcəyik", - Tbilisi Zooparkının direktoru Zurab Qurielidze deyib.
Mənbə: Milli.Az