Sədr müavinin sözlərinə görə, Bakıda keçirilən möhtəşəm Açılış Mərasimində iki müdhiş hadisə yaşandı. Birincisi Ermənistan minlərlə azərbaycanlı önündən keçdi, ikincisi isə türk idmançılar inanılmaz bir sevgi gördülər. "Türkiyə stadiona daxil olanda tamaşaçıların göstərdiyi maraq və sevgi tarix səhifələrinə düşəcək".
Türkiyə rəsmisi bəzi ölkələrin ən yüksək səviyyəli idmançılarını oyunlara gətirməməsinə də münasibət bildirib. O, buna mənfi yanaşmağın düzgün olmadığını deyib.
H.Arat deyib ki, ilklər hər zaman çətindir və ilkləri uğurla bacarmaq önəmlidir. "Bir çox gənc bu oyunlar sayəsində yeni imkanlar qazanır, Olimpiya oyunlarına qatılma xəyalı qurur".
Mənbə: ANS PRESS