Qadin.NET / II Avropa Oyunları Türkiyədə ola bilər

II Avropa Oyunları Türkiyədə ola bilər

II Avropa Oyunları Türkiyədə ola bilər
2019-cu ildə Türkiyə Avropa Oyunlarına ev sahibliyi edə bilər. ANS PRESS-in məlumatına görə, bunu Türkiyə Milli Olimpiya Komitəsinin sədr müavini Hasan Arat bəyan edib.
Arat, açıqlamasında Hollandiyanın 2019-cu ildə Avropa Oyunlarının ev sahibliyindən imtina etməsindən sonra Türkiyənin namizəd olub-olmayacağı barədə sualı cavablandırıb. 
Onun sözlərinə görə, Hollandiya Olimpiya Komitəsi bir ay öncə Antalyada keçirilən EOC (Avropa Olimpiya Komitəsi - AOK) toplantısında hökumətlə razılaşıb. Lakin daha sonra parlamentdə yaranan problemə görə bu fikirlərindən daşınıblar. "İndi başqa namizəd ölkələr çıxıb. Onlarla danışıqlar aparılır". 
Onun fikrincə, əgər Türkiyə II Avropa Oyunlarına namizəd olarsa AOK buna müsbət baxa bilər. 
"Türkiyədə olarsa ancaq İstanbul deyil, Mersin və Antaliyada da hazır qurğularımız var. Türkiyə istərsə Avropa oyunlarını ən aşağı vəsaitlə keçirə bilər. Burada qərar verən siyasilərdir. Əslində Türkiyənin əsas istədiyi Olimpiya oyunlarıdır. Amma düşünürəm ki, Türkiyə olimpiya oyunları üçün bir müddət dincəlib, simasını köhnəltməməlidir. 2020-cü il də Yaponiya ilə girdiyimiz yarışda çox yaxın idik. Buna görə, İstanbulu arzuedilən bir yer kimi saxlamalıyıq. Bir az daha çox çalışıb 2028-ci i üçün hazırlanmaq daha doğru qərar olardı". 
Mənbə: ANS PRESS

16 iyun 2015
GO BACK