"Himnimizi əzbərdən bilirəm. Bayrağımız yüksələndə, himnimiz səslənən kövrəldim. Mən də azərbaycanlıyam", deyə Stadnik bildirib.
Mariya Stadnik finalda bolqarıstanlı idmançı Elitsa Yankovanı 12:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Avropa Oyunlarında artıq 3-cü qızıl medalı qazanıblar.
Yarışların ilk iki günündə kişi güləşçilərimiz iki dəst, ümumilikdə 6 medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) isə bürünc medala sahib olublar.
Mənbə: ANS PRESS