Qadin.NET / Bakı-2015-in çempionu: Azərbaycan əsgəri olaraq qürur duyuram

Bakı-2015-in çempionu: Azərbaycan əsgəri olaraq qürur duyuram

Bakı-2015-in çempionu: Azərbaycan əsgəri olaraq qürur duyuram
"Dünya çempionatına gedəndə mən bir ay idi ki, əsgər idim. Hazırda isə əsgərliyimin bitməsinə 1 ay qalıb. Bir Azərbaycan əsgəri olaraq qürur duyuram ki, ölkəmizə həm bir əsgər kimi, həm də idmançı kimi medal gətirirəm".
ANS PRESS-in məlumatına görə, bunu "Bakı-2015" birinci Avropa Oyunlarında yunan-Roma güləşində qızıl medal qazanmış və qələbəsini ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə hərbi salam verən Azərbaycan idmançısı Rəsul Çunayev deyib.
O, finala gedən yolundan bəhs edərək bildirib ki, finalda qalib gəldiyi Macarıstan idmançısı ilə indiyədək 4 dəfə qarşılaşıbmışdıq, 2 dəfə mən, 2 dəfə də o qalib gəlmişdi. O, ötən dəfə Bakıda udmuşdu. Bu, mənim üçün revanş oldu. İlk hissədə 4 xal aldım. Sonra müdafiəyə çəkildim, çünki yarış qabağı xəstələnmişdim. nəfəsim çatmırdı. Öz vətənimizdə qızıl medalı başqa kiməsə vermək fikrində deyuldim və buna da nail oldum. İlk görüşdə Moldovalı güləşçi ilə qarşılaşdım. O, bu il 23 yaşlılar arasında Avropa çempionu olmuşdu. Çox çətin görüş keçdi. Ondan sonra təcrübəli xorvat idmançı ilə qarşılaşdım. Onunla da indiyədək 4 dəfə qarşılaşmışdıq. onun üzərində də qələbə qazandım. Yarımfinalda isə bolqar idmançısına asanlıqla qələbə qazandım. Finalda da qalib gəldim.
Avropa Oyunlarının qalibi ilk görüşdəki nisbətən zəif çıxışını da xəstəliyi ilə əlaqələndirib: "Dediyim kimi xəstə idim. Bu səbəbdən birinci görüş çətin keçdi. 6:0 irəlidə idim, amma fikirləşdim ki, 8:0 olmalıdır, hakim 2 xalımı vermədi. Bundan sonra müdafiəyə çəkildim. Çünki nəfəsimə qənaət etməli idim. Sonra isə xal verərək vaxtı keçirirdim ki, sonda qələbə qazanım. Buna da nail oldum".
O, qələbəsini bundan əməyi olan bütün insanlara, başda ölkə başçısı olmaqla Azərbaycan xalqına həsr etdiyini deyib: "Başda Ali Baş Komandan, Prezident olmaqla bizim Azərbaycana ancaq qələbə yaraşır. Sevinirəm ki, Avropa Oyunlarında güləşçilər arasında ilk qızıl medalı ölkəmizə qazandırdım".
Xatırladaq ki, 71 kq çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev çempionluq adı uğrunda mübarizədə Macarıstan idmançısı Balint Korpasini məğlub edərək qızıl medala layiq görülüb.

Mənbə: ANS PRESS

15 iyun 2015
GO BACK