ANS PRESS xəbər verir ki, bunu Bakı-2015 birinci Avropa Oyunlarının yunan-Roma güləşi üzrə
yarışlarında 85 kq çəki dərəcəsində qızıl medal qazanmış Elvin Mürsəliyev deyib.
İlk Avropa Oyunları qalibinin sözlərinə görə, rəqiblərindən bir-ikisi ilə əvvəlcədən görüşmüşdüm. Ən çətin görüşüm Gürcüstan və Rusiya idmançıları ilə oldu. Gürcüstan idmançısı ilə ötən il dünya çempionatında görüşmüşdüm, rus idmançı ilə ilk dəfə idi görüşürdüm.
E.Mürsəliyev bu çempionluğun yerini karyerasındakı digər uğurları ilə müqayisədə belə ifadə edib: "Bu, ilk Avropa Oyunlarıdır. Bu Oyunlarda hər bir idmançı istəyər ki, qızıl medal qazansın. Şükürlər olsun ki, mən də qızıl medal qazandım. Adımı Azərbaycan idmanının, eləcə də Avropa Oyunlarının tarixinə yazdım".
Avropa Oyunlarının qalibi əldə edilən bu uğura görə Azərbaycan Prezidenti İlham Əliyevə də minnətdarlığını bildirib və deyib ki, dövlət başçısının göstərdiyi diqqət və qayğı göz qabağındadır. Mən cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Onun göstərdiyi bu diqqət, qayğı, əziyyət yerdə qalmadı.
Güləşçimiz tamaşaçılara da möhtəşəm dəstəyə görə minnətdarlıq edib: "Çox sağ olsunlar ki, gəlib axıra qədər dəstək oldular. Mən də bu qızıl medalı onlara hədiyyə edirəm. Təbii ki, qələbə qazanmağımda onların bu dəstəyinin çox təsiri oldu."
Mənbə: ANS PRESS