Qadin.NET / Mobil rabitə operatorları təşvişdə...

Mobil rabitə operatorları təşvişdə...

Mobil rabitə operatorları təşvişdə...
J'son & Partners Consulting analitik şirkətinin qənaətinə görə, rabitə sahəsi texnoloji, təşkilati və biznes transformasiyası astanasındadır. Bunun nəticəsi onların effektivliyinin və kapitallaşmasının köklü şəkildə artması ola bilər. J'son & Partners analitikləri transformasiyanın əsas amillərinə bir neçə hesabat həsr ediblər. 

Dünya mobil rabitə operatorlarının 2014-cü ildə OTT kommunikasiya servislərindən itkiləri 14 milyard dollar qiymətləndirilir. Mobil və stasionar operatorların 2012-2020-ci illərdə təkcə VoIP-servislərdən ümumi itkilərinin 479 milyard dollar və ya qlobal səsli servislər bazarının 6,9 faizini təşkil edəcəyi bildirilir.Milli.Az ICTnews-a istinadən bildirir ki, dünyada messencerlərin populyarlığı durmadan artır. WhatsApp və Facebook Messenger ikisi birlikdə 1,3 milyard, Çinin QQ Mobile və WeChat messencerləri 1 milyarddan çox istifadəçiyə xidmət göstərir.
 WhatsApp sürətli məlumat mübadiləsi servisi dünyada ən populyar messencerlərdən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servisdən 100-dən çox ölkədə istifadə edilir. Əlavə iOS, Android, BlackBerry, Nokia S40, Symbian və Windows Phone mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularda quraşdırılır. Messencerdən ayda 400 milyon nəfər istifadə edir. 

Mənbə: Milli.Az

 

13 iyun 2015
GO BACK