İsveçrə velosipedçiləri idmanın bu növündə yarışlarda Fəxri kürsünün bütün pillələrini tutublar. Ən yüksək pilləyə Nino Şurter qalxıb, gümüş medalı Lukas Fluhiger qazanıb, ilk üçlüyü isə Fabian Giger tamamlayıb.Qalibə və digər iki yerin sahibinə mükafatları Belçika Olimpiya Komitəsinin prezidenti Pyer-Olivye Bekkers təqdim edib.İsveçrənin milli himni səslənib.Mükafatlandırmadan sonra jurnalistlərin suallarına cavab verən medalçılar birinci Avropa Oyunları barədə təəssüratlarını bölüşüblər. İsveçrəli velosipedçilər bildiriblər ki, medalların üçünü də qazandıqları üçün çox xoşbəxtdirlər. Onlar Oyunların yüksək səviyyədə təşkil olunmasına görə təşəkkür ediblər.
Mənbə: Mili.Az