Qadin.NET / Türkiyə idmançısı Bakıda çempion oldu

Türkiyə idmançısı Bakıda çempion oldu

Türkiyə idmançısı Bakıda çempion oldu
Bakıda keçirilən birinci Avropa Oyunları çərçivəsində türkiyəli qadın karateçi çempion olub.ANS PRESS-in məlumatına görə, Serap Özçelik qadınlar arasında 50 kiloqram çəki dərəcəsində kumite texnikası üzrə karate yarışlarında qızıl medal qazanıb.
Özçelik finalda Avstriyadan olan rəqibi Bettina Planka qalib gəlib.
Serap Özçelik jurnalistlərə müsahibəsindıə bildirib ki, Bakıda qələbə qazandığına görə, çox xoşbəxtdir. O, Bakıda özünü doğma evindəki kimi hiss etdiyini deyib. İdmançı göz yaşlarını saxlaya bilməyib. Özçelik deyib ki, bu göz yaşları sevinc gozyaşlarıdır.

Mənbə: ANS PRESS

13 iyun 2015
GO BACK