"Bu, tarixdə ilk bu cür oyunlarıdar, riski və gözləntiləri böyükdür. Amma Avropa olimpizmin beşiyidir və öz oyunlarına layiqdir. Onların peyda olması ilə idman daha çox çeşidli olacaq", - deyə Karelin vurğulayıb.
Olimpiya çempionu Azərbaycanın idman ənənələrindən də danışıb: "Oyunların keçdiyi Azərbaycanın böyük güləş ənənələri var. Güləş burda inanılmaz dərəcədə populyardır. Azərbaycan güləşçiləri üçün bu növ üzrə daha çox medal qazanmaq vacibdir. Onlar öz potensiallarını İranda keçirilmiş son dünya kubokunda gözəl nümayiş etdirdilər, Azərbaycan lider oldu. Buna görə də rusiüyalılar üçün çətin olacaq”.
Mənbə: ANS PRESS