Qadin.NET / Afinanın şah damarı kəsildi

Afinanın şah damarı kəsildi

 

 

Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstan ilə bağlı yardım proqramı üzrə danışıqları dayandırıb. Buna səbəb tərəflərin problemin müzakirəsində irəliləyişə nail olmamasıdır.ANS PRESS-in məlumatına görə, bu barədə BVF-nin nümayəndəsi Qerri Rays bildirib.
O deyib ki, bizim aramızda ciddi fikir ayrılığı var. Əsas məsələlərin əksəriyyəti üzrə razılıq yoxdur. Son zamanlar maliyyə yardımlarının azaldılması məsələsində narazılıq mövcuddur. Beləliklə, biz razılaşmanın gələcək nailiyyətindən çox uzağıq.
Onun sözlərinə görə, Fondun nümayəndə heyəti Brüsseldən geri çağırılıb: "İndi hər şey Yunanıstanın üzərindədir."

 

Mənbə: ANS PRESS

12 iyun 2015
GO BACK