Qadin.NET / Azərbaycanda qadın pilotlar hazırlanacaq

Azərbaycanda qadın pilotlar hazırlanacaq

 

 

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyası 1-30 iyun tarixində pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlandığını elan edib.
AZAL-ın mətbuat xidmətindən bildiriblər ki, müsabiqəyə qatılmaq istəyən namizədlər aşağıdakı tələblərə uyğun olmalıdırlar. Yaş - 18-25, boy - 160-180 santimetr, maksimum çəki - 75 kiloqram, Azərbaycan, rus və ingilis dillərini sərbəst bilməli.
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin surəti (sənədlər verildikdə əsli də təqdim edilir), təhsil haqqında sənədin əsli, 3С…4 sm ölçüdə şəkil, xarici dil biliklərini təsdiqləyən sertifikat (əgər varsa).
Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin Şəxsi heyətlə iş üzrə Baş idarəsinə təqdim edilməlidir.
Müsabiqədə iştirak etmək üçün sənədləri təqdim edən şəxslər Psixofizioloji funksiyaların icbari həkim-ekspert qiymətləndirilməsi üzrə daimi fəaliyyət göstərən xüsusi komissiyanın tibbi müayinəsindən mütləq keçməlidirlər.

 

Mənbə: ANS PRESS

12 iyun 2015
GO BACK